Şəhid məzarlığında vandalizm: Kapitanın məzarı dağıdıldı, güllər və ağaclar məhv edildi


Əmircan qəsəbəsində yerləşən Şəhidlər xiyabanında şəhid məzarının dağıdılması və məzarlıq ərazisindəki əşyaların oğurlanması haqda məlumat yayılıb.

Musavat.com bildirir ki, bu barədə şəhid kapitan, pilot Xəyyam Əliyevin atası Əlixan Əliyev məlumat yayıb.

Şəhid atasının sözlərinə görə, naməlum şəxslər oğlunun məzarının ətrafını dağıdıb, bir sıra əşyaları oğurlayıblar.

Əlixan Əliyev bildirib ki, hadisə nəticəsində oğlunun məzarı baxımsız və yararsız vəziyyətə salınıb:

“Şəhid kapitan, pilot Xəyyam Əliyevin atasıyam. Ötən gün mənə məlumat verdilər ki, hansısa nanəciblər oğlumun məzarının ətrafını dağıdıb, oğurluq ediblər. Dörd ildir bəslədiyim dekorativ güllər, ağaclar dağıdılıb, güldanlar çıxarılıb. Məzarı bərbad vəziyyətə salıblar”.

Şəhid atası baş verənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini deyib:

“Bu barədə hüquq-mühafizə orqanlarına müraciət etdim ki, tədbir görülsün, cinayət işi açılsın və müqəssirlər tapılsın”.


Tarix: Bu gün, 17:31
Xəbəri paylaş



Xəbər lenti