
Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən polkovnik-leytenant Ruslan Əhmədov və rayon polis şöbəsinin qərərgah rəisi Ruslan Allahverdiyevlə birlikdə Qaynaq kəndində Birinci Qarabağ müharibəsinin üçüncü dərəcəli əlili Quliyev Tofiq Musa oğlunun ailəsində olub, ailənin qayğıları ilə maraqlanıblar.
Qeyd edək ki, Birinci Qarabağ müharibəsinin əlili Quliyev Tofiq Musa oğlu 1965-ci ildə Ağdərə uğrunda gedən döyüşlərdə yaralanmışdır. Ona dövlət tərəfindən III dərəcə əlillik təyin edilmiş, mənzil və avtomobillə təmin olunmuşdur.
Qarabağ müharibəsi əlili şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
