Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında yoxlama

TƏBİB tərəfindən Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında genişmiqyaslı yoxlamalar aparılır. 

Yoxlamalar əsasən işçi heyətinin ştat cədvəlinə uyğunluğu, əmək münasibətləri, kadr sənədləri, sertifikasiya prosesi və digər fəaliyyət istiqamətləri üzrə həyata keçirilir. Məlumata görə, tibb müəssisələrində aparılan monitorinqlər zamanı vətəndaş müraciətləri və şikayətlərin sayı da əsas meyarlardan biri kimi nəzərə alınır.

Bildirilir ki, analoji yoxlamaların digər tibb müəssisələrində də davam etdirilməsi planlaşdırılır. 

Məlumat üçün qeyd edək ki, Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının direktoru Elnur Məzahir oğlu Abdullayev 2024-cü ildə TƏBİB-in o zamankı İcraçı direktoru Vüqar Qurbanov tərəfindən bu vəzifəyə təyin olunub. 42 yaşlı Elnur Abdullayev təyinata qədər Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında direktor müavini – baş həkim vəzifəsində çalışıb.

Bizimesr.com-a daxil olan məlumatlarda yoxlamalar zamanı bir sıra ciddi pozuntuların aşkarlandığı iddia edilir. Lakin bu iddialarla bağlı TƏBİB tərəfindən hələlik rəsmi açıqlama verilməyib.

Tarix: Dünən, 22:45
Xəbəri paylaş



Xəbər lenti