Rayon rəhbəri birinci Qarabağ müharibəsində itkin düşmüş, şəhid Kəmaləddin Alışovun atası Əhəd Alışovu 90 illik yubileyi münasibəti ilə təbrik edib


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun Hacıqərvənd kəndində Birinci Qarabağ müharibəsində itkin düşmüş, şəhid Kəmaləddin Alışovun atası Əhəd Alışovu 90 illik yubileyi münasibətilə yaşadığı ünvanda ziyarət edərək onu təbrik edib, şəhid ailəsinin qayğıları ilə maraqlanıb.

Görüşdə Bakı Dövlət Universitetinin dosenti, filologiya elmləri üzrə fəlsəfə doktoru Rasim Süleymanov da iştirak edib.

Ziyarət zamanı rayon rəhbəri bütün şəhid valideynlərinin başımızın tacı olduğunu bildirərək, şəhid atasına Rayon İcra Hakimiyyəti tərəfindən Təşəkkürnamə və gül dəstəsi təqdim edib. İcra başçısı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun Birinci Qarabağ müharibəsi şəhidlərinin də qisasını layiqincə aldığını diqqətə çatdırıb. O, bu gün torpaqlarımızın işğaldan azad edilməsinə və ölkəmizin ərazi bütövlüyünə görə qəhrəman şəhidlərimizə borclu olduğumuzu xüsusi vurğulayıb.

Məlumat üçün qeyd edək ki, şəhid Alışov Kəmaləddin Əhəd oğlu 24 oktyabr 1973-cü ildə Tərtər rayonunun Hacıqərvənd kəndində anadan olub. Orta təhsilini həmin kənd orta məktəbində aldıqdan sonra doğma kəndlərində M.F.Axundov adına kolxozda əmək fəaliyyətinə başlayıb. 1992-ci ilin avqust ayında Milli Ordu sıralarına həqiqi hərbi xidmətə çağırılan Kəmaləddin Alışov 701 saylı hərbi hissənin tərkibində Kəlbəcər bölgəsində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə fəal iştirak edib və 2 aprel 1993-cü ildə Kəlbəcər uğrunda gedən şiddətli döyüşlərdə itkin düşüb. Şəhid subay idi.

Görüşün sonunda şəhidin ailə üzvləri şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.


Tarix: Bu gün, 18:14
Xəbəri paylaş



Xəbər lenti