Əhalinin nominal gəirləri və əməkhaqqı 7-8 faizdən çox artıb- Sahil Babayev

● Azərbaycanın qeyri-neft ümumi daxili məhsulu real rəqəmlərlə götürdükdə 0,7 faiz artıb
● Cari il mayın 1-ə artıq Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard ABŞ dollarına çatıb. 
● Bu, bizim ümumi daxili məhsulumuzun (ÜDM) 111 faizi deməkdir. 
● Yəni dünyada çox nadir ölkə ola bilər ki, onun strateji valyuta ehtiyatları ÜDM-dən artıq olsun
● Paralel olaraq, xarici dövlət borcumuz azalıb. 12 aylıq inflyasiya göstəricimiz bizim hədəflədiyimiz 5,5 faiz səviyyəsində olub.
● Eyni zamanda, əhalinin nominal gəlirləri 8,8 faiz, orta aylıq əməkhaqqı 7 faizdən çox artıb
● İnflyasiyanın artımının 5,5 faiz olduğu bir dönəmdə əhalinin gəlirləri 8,8 faiz artımla inflyasiyanı üstələyir və onların real gəlirlərinin də artımı təmin olunub
● Mən xüsusi olaraq vurğulayım ki, gəlirlərimiz cari ilin 4 ayı ərzində 13,6 milyard manat təşkil edib ki, bu, ötən ilin müfaviq dövrü ilə müqayisədə təqribən 100 milyon manat artıqdır
● Biz ilk 4 ayda “Azeri Light”ın satışının orta qiymətinə baxsaq, təqribən 91,5 dollar olduğunu görərik. 
● Birmənalı olaraq bu, bizim Neft Fondunun gəlirlərinə çox müsbət təsir göstərir.
● Bu gün bizim cari xərclərimizin 92 faizi qeyri-neft gəlirləri hesabına qarşılanır. 2030-cu ilə planımız ondan ibarətdir ki, bu rəqəm 102 faiz olsun. 
(Məlumat nazirin Azərtac və AzTV-yə müsahibəsindən çıxarışlarla hazırlanıb).

Mənbə: Operativ Media

Tarix: Bu gün, 12:53
Xəbəri paylaş



Xəbər lenti