
Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov və rayon polis şöbəsinin rəisi müavini Elxan Zamanovla birlikdə Evoğlu kəndində Vətən Müharibəsinin 3-cü qrup əlili Nifdalıyev Məhəbət Ədalət oğlunun ailəsində olub, ailənin qayğıları ilə maraqlanıblar.
Görüşdə şəhid Vəlizadə Rəşadın anası Bəsti Həşimova, Şəhid Məhərrəmli Fuadın atası Habil Məhərrəmov, şəhid Əhmədzadə Məftunun atası Seymur Əhmədov və 3-cü dərəcəli Vətən müharbəsi Məhərrəmli Nurlan iştirak edib.
Qeyd edək ki, Nifdalıyev Məhəbət Ədalət oğlu Vətən müharibəsi zamanı Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə "Cəsur döyüşçü", “Suqovuşanın azad olunmasına görə” və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub. Məhəbət Nifdalıyevə döyüşlərdə aldığı xəsarətlərə görə üçüncü dərəcəli əlillik təyin edilib. Qazimiz dövlət tərəfindən mənzillə təmin edilib.
Vətən müharibəsi əlili şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnnətdarlıqlarını bildiriblər.
