Ermənistan Zəngəzurdan və kazinodan 162 milyon dollar qazandı - DETALLAR

Ermənilər Zəngəzurdan və qumardan 162 milyon dollar qazandılar - DETALLAR
Ermənistan Dövlət Gəlirləri Komitəsi 2026-cı ilin ilk yarısı üzrə ölkənin ən iri vergi ödəyicilərinin siyahısını açıqlayıb.

Musavat.com “Sputnik-Armeniya” ya istinadən xəbər verir ki, Siyahıya 41,6 milyard dram (113,7 milyon dollar) vergi ödəyən Zəngəzur Mis-Molibden Kombinatı başçılıq edib.

Kombinat bununla son bir il yarımlıq fasilədən sonra yenidən ölkənin ən böyük vergi ödəyicisi statusunu geri qaytarıb. Xatırladaq ki, 2026-cı ilin birinci rübünün yekunlarına görə siyahının lideri mobil texnika satışı ilə məşğul olan Mobile Centre Art şirkəti idi. İkinci yerdə qərarlaşan Mobile Centre Art dövlət büdcəsinə 38,16 milyard dram (104,3 milyon dollar) ödəyib. İlk üçlüyü isə 33,6 milyard dram (91,8 milyon dollar) vergi ilə Ardşinbank tamamlayıb.
Dördüncü sırada Ermənistanın qaz təchizatı operatoru "Qazprom Ermənistan" yer alıb. Şirkətin büdcəyə ödədiyi vəsait 31,5 milyard dram (86 milyon dollar) təşkil edib.
Beşinci pillədə "Grand Tobacco" tütün fabriki qərarlaşıb. Müəssisənin vergi ödənişləri 28,96 milyard dram (79 milyon dollar) olub.

İlk onluqda yer alan digər şirkətlər bunlardır: Ameriabank – 22,15 milyard dram (60,5 milyon dollar); Dijitain İT şirkəti – 17,9 milyard dram (48,9 milyon dollar);
Qumar biznesi sahəsində fəaliyyət göstərən Soft Construct – 17,5 milyard dram (47,8 milyon dollar); Qafan Mədən-Zənginləşdirmə Kombinatı – 15,7 milyard dram (42,9 milyon dollar); IMVBAM (Wildberries) – 13,9 milyard dram (42,9 milyon dollar).

Siyahı göstərir ki, Ermənistan iqtisadiyyatında mədən sənayesi, bank sektoru, enerji, tütün istehsalı, informasiya texnologiyaları və elektron ticarət ən böyük vergi ödəyən sahələr olaraq qalır. Xüsusilə Zəngəzur Mis-Molibden Kombinatının yenidən ilk sıraya yüksəlməsi ölkənin ixrac yönümlü dağ-mədən sektorunun dövlət büdcəsinin formalaşmasındakı mühüm rolunu bir daha təsdiqləyir.
Tarix: Bu gün, 11:13
Xəbəri paylaş



Xəbər lenti