Tramp ABŞ-ın İranla danışıqlarından imtina etməsinin səbəbini açıqlayıb

Tramp ABŞ-ın İranla danışıqlarından imtina etməsinin səbəbini açıqlayıb

ABŞ Prezidenti Donald Tramp İranla planlaşdırılan danışıqlar üçün nümayəndə heyətinin Pakistana göndərilməməsi qərarının səbəbini açıqlayıb.

AXS.az "FOX News"a istinadla xəbər verir ki, Tramp bildirib ki, Vaşinqton danışıqlarda üstün mövqedədir, ABŞ zəif hesab etdiyi təklifləri müzakirə etmək üçün uzun səfərlərə ehtiyac duymur və bu səbəbdən birbaşa görüşlərdən imtina edilib.

“Bütün kartlar bizim əlimizdədir. Saatlarla uçuş edib kifayət qədər yaxşı olmayan sənəd əldə etmək niyyətində deyilik. Danışıqları telefon vasitəsilə də apara bilərik”, – deyə o qeyd edib.


Tramp həmçinin iddia edib ki, İranın hərbi potensialı ciddi şəkildə zəifləyib və ölkədə rəhbərliklə bağlı qeyri-müəyyənlik mövcuddur.

Tarix: Bu gün, 08:43
Xəbəri paylaş



Xəbər lenti