
İranda baş verən son etirazlardan sonra maraqlı hadisələr yaşanır.
Tribuna.az xəbər verir ki, iri çinli məmurlar ailələrini ölkədən çıxarmağa başllayıblar.
Belə ki, təhlükəsizlik tədbirləri səbəbi ilə ölkədən çıxarılan ailələr yaxın və uzaq ölkələrdə məskunlaşdırılır. Ötən gün İranın XİN başçısı Abbas Əraqçının ailəsini Livana yerləşdirdiyinə dair məlumat yayılıb.
Lakin məsələ XİN başçısı ilə yekunlaşmayıb. Dünən məlum olub ki, analoji addımı İranın dini lideri Əli Xamineyinin yaxın adamları da analoji addımı atıblar. Həmçinin bir neçə nazir və SEPAH komandirinin də adlarının siyahıda olduğu deyilir.
Məlumatda bildirilir ki, iranlı məmurlar ailələrini əsasən Rusiya, Livan, Qətər və bəzi Afrika ölkələrinə yerləşdirirlər.