GÜRCÜSTANDA HƏR 3 NƏFƏRDƏN BİRİ QUMAR OYNAYIR - 36 mindən çox insan “ludoman” reyestrinə düşdü



Gürcüstanda qumar asılılığı ilə bağlı reyestrə daxil edilən şəxslərin sayı artmaqda davam edir.

Neqativ.com  xəbər verir ki, Gürcüstanın Gəlirlər Xidmətinin məlumatına əsasən, qumar asılılığından əziyyət çəkən 36 053 nəfər könüllü şəkildə Gürcüstan Maliyyə Nazirliyinə müraciət edərək onlar üçün qumar oyunlarına və onlayn kazinolara çıxışın məhdudlaşdırılmasını istəyib. Təkcə son altı ay ərzində bu siyahıya daha 6 min nəfər əlavə olunub.

Bundan əlavə, daha 60 Gürcüstan vətəndaşının qumar oyunlarına çıxışı məhkəmə qərarı əsasında qadağan edilib.

Qeyd edək ki, 1 mart 2022-ci ildən etibarən Gürcüstanda xüsusi reyestr fəaliyyət göstərir. Bu reyestrə qumar asılıları ilə yanaşı, sosial cəhətdən həssas şəxslər, dövlət məmurları və yaşı 25-dən aşağı olan vətəndaşlar da daxildir. Həmin şəxslərə onlayn kazinolarda iştirak etmək qadağandır.

Hazırda sözügedən reyestrdə ümumilikdə 1,57 milyon nəfərin adı var. Bu isə ölkə əhalisinin təxminən 3,9 milyon nəfər olduğu nəzərə alındıqda kifayət qədər yüksək göstərici hesab olunur./musavat.com













Tarix: 30-12-2025, 09:25
Xəbəri paylaş



Xəbər lenti