Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət-buraxılış məntəqəsini ələ keçirib



Pakistan silahlı qüvvələri Əfqanıstanla sərhəddə İslam Respublikasında hücumlar həyata keçirən terror qruplaşmalarına dəstək verən 19 nəzarət-buraxılış məntəqəsini ələ keçirib.

 

Bu barədə ölkənin təhlükəsizlik orqanlarındakı mənbəyə istinadən Geo telekanalı məlumat yayıb.

 

Məlumata görə, bazar günü Əfqanıstan silahlı qüvvələrinin Əfqanıstanla həmsərhəd rayonlarda bir neçə nəzarət-buraxılış məntəqəsini atəşə tutmasından sonra Pakistan ordusu cavab zərbəsi endirib və nəticədə bir neçə keçid məntəqəsi məhv edilib, 19 keçid məntəqəsi isə ələ keçirilib.

 

APA


Tarix: 12-10-2025, 22:35
Xəbəri paylaş



Xəbər lenti