Tramp Si Cinpin və Kim Çen Inla bu ölkədə görüşə bilər

Çin lideri Si Cinpin və ABŞ prezidenti Donald Tramp oktyabrda Cənubi Koreyada keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində görüşə bilərlər.

Musavat.com CNN-ə istinadən xəbər verir ki, artıq Trampın sammitdə iştirak edəcəyi bildirilir. Koreya Respublikasının sədrliyi ilə APEC sammiti oktyabrın 31-dən noyabrın 1-dək Kyoncu şəhərində keçiriləcək. CNN-in məlumatına görə, Trampla Si Cinpinq arasında görüşün təşkili müzakirə olunur, lakin hələlik razılıq əldə olunmayıb. Ağ Ev telekanala təsdiqləyib ki, ABŞ prezidentinin Cənubi Koreyaya səfəri mümkündür və onun məqsədi iqtisadi, ticarət, müdafiə və mülki enerji sahəsində əməkdaşlıq üzrə danışıqlar olacaq.

CNN qeyd edir ki, Trampın Koreya Respublikasına səfəri həm də ona Şimali Koreya lideri Kim Çen Inla görüşmək imkanı yarada bilər. Telekanalın məlumatına görə, Cənubi Koreya prezidenti Li Çje Myunq amerikalı həmkarını ötən həftə APEC sammitinə dəvət edib və belə bir məkanın KXDR lideri ilə danışıqlar yerinə çevrilə biləcəyini təklif edib.

Rusiya Xarici İşlər Nazirliyi rəsmiləri  Cənubi Koreyanın 2025-ci ildə APEC sammitinin təşkilatçısı kimi Rusiya prezidenti Vladimir Putinə də dəvət göndərdiyini açıqlayıblr. Hələlik tədbirdə kimin iştirakına qərar verilməyib.

Tarix: Bu gün, 09:27
Xəbəri paylaş



Xəbər lenti