Bizimyol.info xəbər verir ki, ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski arasında maraqla gözlənilən sammit başa çatıb. Tramp, Zelenski və Aİ liderləri görüşdən sonra zirvə fotosu çəkdirib və mətbuata açıqlama veriblər.
Zelenski və Aİ liderləri ilə mətbuat qarşısına çıxan Trampın Fransa prezidenti Makrona astaca: “Bu, qulağa inanılmaz gəlir, amma Putin mənim üçün bu razılaşmaya gedəcək”, - dediyi hər kəs tərəfindən eşidilib.