Ukraynanın dərinliklərinə doğru irəlilədikcə, Rusiyanın hərbi əməliyyatlara sərf etdiyi maliyyə vəsaiti də buna müvafiq olaraq artmaqdadır.Moderator.az xəbər verir ki, bu iddia ilə ABŞ hərbi nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, Kremlin 3 ildən çoxdur ki, Ukraynada həyata keçirdiyi müharibə, habelə, bu müharibəni Ukraynanın dərinliklərinə daşımaq cəhdi Rusiyanı yalnız hərbi deyil, maliyyə baxımından da ciddi itkilərlə üz-üzə qoymaqdadır. Bu baxımdan yaxın aylarda Rusiyadakı mövcud maliyyə böhranının daha da dərinləşəcəyi ehtimal olunur.
Mütəxəssislər hesab edir ki, Ukraynadakı “dərinlik müharibəsi” Rusiyanı canlı qüvvə və zirehli texnika baxımından da itkilərini artıracaq ki, bu da rus ordusunun hücum əməliyyatlarını daha da çətinləşdirəcək.