ABŞ hökuməti Dünya Səhiyyə Təşkilatına (ÜST) təzyiqi və koronavirusun mənşəyini siyasiləşdirməyi dayandırmalıdır.Axar.az xəbər verir ki, bunu Çin Xalq Respublikasının xarici işlər naziri Vanq Yi ABŞ-ın dövlət katibi Entoni Blinkenlə telefon danışığında deyib.
Bundan əlavə, Vanq Yi ABŞ kəşfiyyat birliyinin koronavirusun mənşəyi ilə bağlı hesabatına görə Blinkenə etiraz edib və sənədi uydurma bir hesabat adlandırıb.
Tarix: 29-08-2021, 21:54