"Dünyada terrora qarşı ən güclü mübarizə aparan ölkə Türkiyədir"


"Dünyada terrora qarşı ən güclü mübarizə aparan ölkə Türkiyədir"
Ərdoğan: "Bundan sonra da Əfqanıstanda sülhün bərpasına hər cür dəstəyi verəcəyik"
 
"Əfqanıstandan Türkiyə vətəndaşlarının təxliyəsini icra etdik, az sayda texniki işçilərimizin təxliyəsini icra edəcəyik".
 
AYNA-nın APA-ya istinadən xəbərinə görə, bunu Bosniya və Herseqovinada səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
 
Ərdoğan deyib ki, Türkiyənin Əfqanıstanda 20 illik nümunəvi fəaliyyəti var və bu, davam edir: "Bundan sonra da Əfqanıstanda sülhün bərpasına hər cür dəstəyi verəcəyik".
 
Türkiyə Prezidenti dünyada terrora qarşı ən güclü mübarizə aparan ölkə olduqlarını bildirib: "Dünyada gücünə güvənən böyük ölkələr Əfqanıstanı terrora təslim edib bu ölkədən çıxarkən ağır bədəllər ödəməli oldular. Əfqanıstandakı terror aktını İŞİD öz üzərinə götürdü, amma İŞİD-ə qarşı nə kimi mübarizə apardınız? Halbuki İŞİD-lə ən böyük mübarizəni biz apardıq və aparırıq".
Tarix: 28-08-2021, 09:08
Xəbəri paylaş



Xəbər lenti