Rusiyanın müdafiə naziri Sergey Şoyqu Əfqanıstandakı vəziyyətlə bağlı danışıb. “Sherg.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, o, hazırda durumu təhlükəli hesab etdiyini deyib. Şoyqunun sözlərinə görə, əsas narahatlıq Talibanın silahlanması ilə bağlıdır.
“Dünya heroininin 93 faizi Əfqanıstandadır. Bu, əlbəttə, bizim üçün qorxuludur”.- deyə, Şoyqu əlavə edib.
MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə Şoyqunun açıqlaması barədə “Sherg.az”a danışdı. Onun fikrincə, Kremlin narahatlığı əbəs deyil:
“Əfqanıstanda Talibanın hakimiyyətə gəlməsi Mərkəzi Asiyada, Rusiyanın cənub sərhədlərində vəziyyəti dəyişdi. Moksva Talibanın ABŞ-ın layihəsi olduğunu anlayır. Sözügedən qruplaşmanın əsas hədəfi Rusiya və Çindir. Üstəgəl, Taliban güclənərsə, Mərkəzi Asiya və Rusiyanın sərhədləri üçün ciddi təhdid yaranacaq. Əfqanıstandakı yeni hakimiyyətlə dialoq şəraitində olan Ankara da Moskvanı zəiflətməkdə maraqlıdır. Yəni Rusiya haqlı yerə narahat olur. Onu da deyim ki, bir neçə il sonra Talibanın Mərkəzi Asiyada təlim-məşq bazası yaratması istisna deyil. Belə olsa, Rusiya Əfqanıstana hərbi müdaxilə edəcək”.
Tarix: 25-08-2021, 18:33