Türkiyədə yanğın yerinə gələn nazir Çavuşoğlu sərt reaksiya ilə qarşılaşdı – Video
Türkiyədə meşə yanğınları
Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Kənd təsərrüfatı naziri Bekir Pakdemirli və Ətraf mühit və şəhərsalma naziri Murat Kurum yanğınların davam etdiyi Antalyanın Manavgat bölgəsinə gediblər.
Bizimyol.info xəbər verir ki, Çavuşoğlu axşam saatlarında yanğın bölgəsində toplaşan vətəndaşların arasına girərək onların problemlərini dinləyib. Bu zaman vətəndaşlardan biri yanğınsöndürən təyyarələrinin sayının kifayət qədər olmamasından şikayətlənib. Çavuşoğlu “3 təyyarəmiz vardı, onlardan 3-ü də buradadır”- deyə cavab verib. Başqa bir vətəndaş isə nazirə "Türk Hava Qurumunda 10 təyyarə var, amma hamısı yatır" deyə bildirib. Çavuşoğlu bu sözün qarşısında "bu mövzu deyil" deyərək söhbəti dəyişməyə çalışıb. Çavuşğolunun bu sözündən sonra vətəndaşlar ona qarşı etiraz şüarları səsləndirməyə başlayıblar. Həmin anlar kamralara əks olunub.