ABŞ prezidenti: “Mənə görə, Putinin ‘real problemləri’ var”




ABŞ prezidenti Co Bayden, Rusiyanın 2022-ci ildə keçiriləcək ABŞ Konqresi aralıq seçkilərinə müdaxilə etmək üçün dezinformasiyadan istifadə etməyə çalışacağını bildirir.
Bloomberg yazır ki, ABŞ prezidenti xüsusi kəşfiyyat xidmətinin məlumatlarına istinad edərək bu məlumatların ona çərşənbə axşamı gündəlik kəşfiyyat brifinqi zamanı ötürüldüyünü vurğulayıb. ABŞ prezidenti deyib ki, Rusiya bilərəkdən öz hərəkətləri ilə “açıq şəkildə suverenliyimizi pozur” .
“Amerikanın səsi” radiosu yazır ki, ABŞ prezidenti və onun yaxın məsləhətçiləri üçün kəşfiyyat məlumatları ilə bağlı gündəlik brifinqlərdəki məlumatlar nadir hallarda ictimailəşdirilir.
Bu Baydenin ötən ay Rusiya prezidenti Putinlə İsveçrədəki görüşündən sonra ilk belə açıqlamasıdır. Həmin vaxt həm Bayden həm də Putin baş tutan bu görüşü Amerika ilə Rusiya arasındakı gərginliyin yumşalması üçün faydalı hesab ediblər və həm də yüksək qiymətləndiriblər.
Bayden Rusiya prezidenti ilə görüşə toxunaraq deyib ki, mənim fikirimcə, Rusiya iqtisadiyyatının zəifliyi ilə bağlı Putinin “real problemləri” var.
ABŞ prezidentinin sözlərinə görə, Rusiya iqtisadiyyatı yalnız nüvə silahına və neft ehtiyatlarına güvənir və Rusiyanın bundan başqa “heç bir şeyi yoxdur”.
Bayden vurğulayıb ki, bu problemin fərqində olması Putini daha da təhlükəli edir.
Bayden, belə bir tezislə çıxış edən ilk yüksək səviyyəli amerikalı siyasətçi deyil. Mərhum senator Con Makkeyn öz çıxışında Rusiyanı “yanacaqdoldurma məntəqəsi ölkəsi” adlandırmışdı. Barak Obama da ABŞ sanksiyalarının Rusiya iqtisadiyyatını “parçalandığını” söyləmişdi..
Prezident Co Bayden həmçinin deyib ki, Birləşmiş Ştatların üzərinə hər hansı böyük kiberhücum “əsl toplu-tüfəngli müharibəyə” çevrilə bilər.
O, həm də Rusiya və Çini Birləşmiş Ştatların milli təhlükəsizliyinə hədə adlandırıb:
“Məncə bu tamamilə mümkündür ki, hər şey müharibə ilə nəticələnsin – böyük bir dünya gücü ilə real atışmalı müharibə ilə. Bu kiber təhlükəsizliyin böyük nəticələri olan pozulmasının yekunu olardı. Deməliyəm ki, bu təhlükə həndəsi silsilə ilə artır”.
Moskva isə digər ölkələrdə keçirilən seçkilərə müdaxilə və kiber hücumlarla bağlı ittihamlarını rədd edir.
ABŞ Konqresinin aşağı palatası olan ABŞ Nümayəndələr Palatasına aralıq seçkilərin 2022-ci ilin noyabrında keçirilməsi planlaşdırılır.
Tarix: 28-07-2021, 23:22
Xəbəri paylaş



Xəbər lenti