Çin ABŞ-dan tələb etdi: ÜST mütəxəssislərini Fort-Detrik laboratoriyasına burax!

Çin ABŞ-dan tələb etdi: ÜST mütəxəssislərini Fort-Detrik laboratoriyasına burax!
“ABŞ şəffaf və məsuliyyətli bir mövqe tutmalı və COVID-19 koronavirus infeksiyasının mənşəyini təyin etmək üçün Fort-Detrik bioloji laboratoriyasında erkən araşdırma aparmaq üçün Dünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssislərini dəvət etməlidir”.
Moderator.az bildirir ki, “Sinhua” xəbər agentliyinin verdiyi məlumata görə, bu açıqlama ilə Çin Xalq Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Çjao Litsyan çıxış edib.
"Laboratoriyaları araşdırmağa ehtiyac varsa, ÜST Fort-Detrikə getməlidir. ABŞ həqiqəti dünyaya açmaq üçün bunu etməlidir", - deyə Çjao bildirib.
Çinli diplomat qeyd edib ki, bəzi ABŞ siyasətçiləri diqqəti yayındırmaq və pandemiyaya cavabdehlik daşımamaq üçün günahı öz üzərlərindən ataraq virusun mənşəyini izləmək bəhanəsi ilə manipulyasiyaya əl atırlar. "Onların çirkin motivləri çoxdan üzə çıxıb", - deyə çnli diplomat vurğulayıb.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ-ın 13 milyondan çox çinli internet istifadəçisinin müraciətinə konstruktiv cavab verə bilməyəcəyini vurğulayaraq, ÜST mütəxəssislərinin iştirakı ilə Fort-Detriklə bağlı istintaq aparılmasına çağırış edib. Çjao Birləşmiş Ştatların səlahiyyətlilərinin çinli istifadəçilərə "borclu" olduğunu və laboratoriya ilə əlaqəli və ABŞ-ın kiber hücumları ilə bağlı açıq məktub serverində imzaları ilə izahatlarını əsaslandırdığını bildirib.
Çjao Litsyan bu hücumların ABŞ-ın kiber təhlükəsizlikdəki ikiüzlülüyünü və ikili standartlarını bir daha ifşa etdiyi və əsl simalarını ortaya qoyduğu qənaətindədi.
Qeyd edək ki, Çin qərb ölkələrinin virusoloqlarına və ABŞ KİV nümayəndələrinə Uhan Virusologiya İnstitutuna gəlməyə icazə verib, ABŞ isə Fort-Detrik bazasındakı laboratoriyanı açmayıb və ABŞ-ın geosiyasi təsiri altında olmayan ölkələrlə, o cümlədən Çinlə ilkin məlumatları bölüşməyib.
Xatırladaq ki, hazırda, demək olar ki, bütün dünyanı cənginə alan koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. ÜST 2020-ci il fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, 2020-ci il martın 11-də isə koronavirusu pandemiya elan edib.
Çində virusun yarasalardan insanlara keçdiyi iddia olunsa da, heç də hamı bu versiya ilə razılaşmır.
Tarix: 27-07-2021, 14:33
Xəbəri paylaş



Xəbər lenti