"ABŞ əsgərlərini yalnız Əfqanıstandan çəkmir, bununla, iyirmi illik missiyasının uğursuz olduğunu faktiki olaraq etiraf edir." Bunu Rusiyanı xarici işlər naziri Sergey Lavrov Uzaq Şərq Federal Universitetində "Rusiya bölgələrinin inkişafı üçün Rusiyanın beynəlxalq fəaliyyəti" mövzusunda mühazirə ilə çıxışında deyib.
Sergey Lavrov bildirib ki, Kabil "Taliban"la keçid hökuməti qurmaq istəmir, Vaşinqton isə Əfqanıstandan öz hərbi birliklərini çıxararaq, ölkədəki qarşıdurmanı güc yolu ilə həllə buraxır.
"Taliban özünü daha davakar aparır, çünki mövcud razılaşma daha sabit dövlət strukturlarının formalaşması üçün şərait yaradacaq keçid hökumətinin qurulmasını nəzərdə tuturdu. Təəssüf ki, Kabildəki liderlər keçid hökuməti təşkil etmək istəmirlər, bu addımın onları siyasi fəaliyyətdən kənarlaşdıracağından narahatdırlar. Belə çıxır ki, həm onlar, həm də oradan ayrılan amerikalılar bütün vəziyyəti güc yolu ilə həllə buraxırlar",-deyə Rusiya XİN başçısı bildirib.
O deyib ki, ABŞ və müttəfiqləri 2001-ci ildə Əfqanıstanda hərbi əməliyyata başladıqdan sonra bu ölkədə terror və narkotik təhdidləri dəfələrlə artıb: "Hətta amerikalı hərbi personalın narkotik yüklərinin daşınmasında iştirakı ehtimalını göstərən materiallar da var".
Tarix: 9-07-2021, 09:06