Kəbənin bu həftədən etibarən ibadətə açılacağı deyilir




Bu həftənin cümə axşamından etibarən 5 vaxt namazın qılınması üçün Kəbə ibadətə açıla bilər.
Yeniavaz.com
“NTV”yə istinadən xəbər verir ki, Kəbədə 5 vaxt namaza başlanıldıqdan sonra ümrə ziyarətlərinə də icazə veriləcəyi gözlənilir. Verilən məlumatlarda yeni qaydalara əsasən zəvvarların gündəlik sayı 6 min nəfəri keçməyəcəyi bildirilir.  Əgər gözlənilən qərar icra edilərsə, bu il ümrə də, həcc ziyarəti kimi yalnız Səudiyyə Ərəbistandan olan zəvvarların üzünə açıq olacaq.
Qeyd edək ki, Kəbəyə zəvvarların gəlişi 5 mart tarixindən etibarən bağlanıb.
Tarix: 31-08-2020, 22:19
Xəbəri paylaş



Xəbər lenti