“Qazprom” çökür: Şirkətin gəliri 25 dəfə azaldı

“Qazprom”un yarım illik gəliri 25,4 dəfə azalıb.

Axar.az xəbər verir ki, bu barədə məlumat “Qazprom”un hesabatında yer alıb.
Cari ilin ilk yarım ilində şirkətin xalis mənfəəti 32,919 milyard rubl təşkil edib. Belə ki, keçən ilin analoji dövründə bu gəlir 836,5 milyard rubl olub.
“Qazprom”un həmçinin Avropa və digər ölkələrə satışı 1,433 trilyon rubldan 756 milyard rubla qədər azalıb.
Tarix: 31-08-2020, 16:07
Xəbəri paylaş



Xəbər lenti