“Paşinyan Qarabağın azərbaycanlı icmasının onun Xankəndi səfərini pisləməsindən bərk məyus olub və təcili İrəvana qayıdıb ki...”
7 cümlədə 7 dərd...
Sultan Laçın
1993-cü ilin payızında Qubadlıda doğulmuş erməni balalarının 27 yaşı tamam oldu...
***
Atalar deyir ki, rüşvət qapıdan girəndə iman bacadan qaçar – indi biz hansı imanla İmam Hüseyni, Kərbəla şəhidlərini yad edirik, görəsən?..
***
Ramiz Mehdiyev Prezident Administrasiyasındakı vəzifəsindən, heç olmasa, 2005-ci ildə azad olunsaydı, bu günkü vurhavur onda olsaydı, bir az sevinərdik – indi artıq çox gecdir...
***
Lukaşenko əfəl, istedadsız diktator çıxdı; vaxtında ölkə əhalisinin əksəriyyətini: məmurları, müəllimləri, həkimləri, polisləri, hərbçiləri və s. korrupsiyaya, rüşvətə, seçki saxtakarlığına bulaşdırıb gözükölgəli etsəydi, bu gün yüz minlər qorxub çəkinmədən meydanlara axışmaz və avtomata-filana da ehtiyac qalmazdı... ***
Paşinyan Qarabağın azərbaycanlı icması rəhbərinin onun Xankəndinə son qanunsuz səfərini pisləməsindən bərk məyus olub və təcili İrəvana qayıdıb ki, Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından çıxarılması haqda BMT qətnamələrinin icrası üçün qərar versin...
***
İgid - karantin rejimində toy edəndə tanınar...
***
Ən təhlükəli düşmənlərimiz – türkçülükdən, Türkiyə ilə dostluqdan, müsəlmanlıqdan, milli dəyərlərdən-filandan danışıb, amma xalqa qarşı erməni kimi davrananlarımızdır...Sultan Laçın
Tarix: 31-08-2020, 14:04