Xalq Lukaşenkonun sarayına doğru irəliləyir-SON DƏQİQƏ


Xalq Lukaşenkonun sarayına doğru irəliləyir-SON DƏQİQƏ

Minskdəki “Sülh və Müstəqillik Yürüşü”nün iştirakçıları Prezident Sarayına doğru hərəkət edir. Cebhe.info-nun Belarus mediasına istinadən verdiyi məlumata görə, Prezidentin Müstəqillik Sarayının qarşısında çevik qüvvələrin, daxili qoşunların və hərbi texnikanın böyük qüvvələri cəmləşib.
Dəmir sipərlərin qarşısına toplaşan etirazçılar kütləvi şəkildə Prezident Sarayına doğru irəliləyib. Dövlət Bayrağı Meydanına çatanlar “Ad gününüzdə bizik!” şüarını səsləndiriblər.
Qeyd edək ki, bu gün prezident Aleksandr Lukaşnekonun 66 yaşı tamam olur.
Müstəqillik Sarayının qarşısında dayanan güc strukturlarının qüvvələri qalxanlarını qaldırıb. Əraziyə daxili qoşunlar, Xüsusi Təyinatlı Milis Dəstəsi, hərbi texnika, su şırnaqları, məhbus daşıyan avtomobillər cəlb olunub.
Tarix: 30-08-2020, 20:14
Xəbəri paylaş



Xəbər lenti