Ukrayna fəlakət astanasında: milyonlarla insan ölə bilər


Ukrayna fəlakət astanasında:       milyonlarla insan ölə bilər
“Mina suları ilə bağlı vəziyyət Çernobıl AES-dəki qəzadan daha böyük ekoloji fəlakətə səbəb ola bilər”
 
Donbassdakı yeraltı suları ilə bağlı vəziyyət Çernobıl AES-dəki qəzadan daha böyük ekoloji fəlakətə səbəb ola bilər. AYNA-nın xəbərinə görə, bu sözləri Ukraynanın ilk Baş Naziri, Donbassla bağlı Üçtərəfli Əlaqə Qrupundakı nümayəndə heyəti rəhbərinin müavini Vitold Fokin bəyan edib.
 
Onun sözlərinə görə, Donbass əsaslı şəkildə məhv edilib, bütün qurğuları və infrastrukturu dağıdılıb: “Ətraf mühit fəlakətə hazırlanır. Düşünmək üçün vaxt yoxdur. Bir çox partlayıcı minalar su altında qalır və taleyin ümidinə buraxılıb. 400-dən çox su anbarı və lil gölməçəsi fəlakət astanasındadır”.
 
“Yaxın gələcəkdə mümkün fəlakətin qarşısını almaq üçün işlər görmək lazımdır. Bu edilmədikdə, zəhərli su bütün yerli çayları və gölləri dolduracaq, Azov və Qara dənizlərə girəcək. Bir çox insan buna göz yumur, amma yaxınlaşan fəlakət Çernobıl qəzasından daha böyük ölçüdə ola bilər”, - deyə Fokin qeyd edib.
 
Qeyd edək ki, 26 aprel 1986-cı ildə Çernobıl AES-də qəza baş verib, nəticədə dördüncü enerji bloku tamamilə məhv olub. Belarus, Ukrayna və Rusiyanın demək olar ki, 8.4 milyon sakini radioaktiv təsirlərə məruz qalıb. Nüvə elektrik stansiyasının ətrafında bir təhlükəli bölgə yaradılıb, iki şəhər - Pripyat və Çernobıl, eləcə də 74 kənd boşaldılıb. Qəzanın ekoloji zərərlərindən hələ də əziyyət çəkən insanlar var.
Tarix: 30-08-2020, 20:13
Xəbəri paylaş



Xəbər lenti