Türkiyədə 30 avqust Zəfər Bayramı dövlət səviyyəsində qeyd olunub. Cebhe.info xəbər verir ki, İstanbulun “Taksim” meydanında bayram törəni keçirilib.Zəfər Bayramının 98-ci anım mərasimində İstanbul valise Ali Yerlikaya, Böyük Şəhər Bələdiyyəsinin başqanı Əkrəm İmamoğlu, 1-ci ordunun komandanı Musa Avsever,İstanbul Baş Polis İdarəsinin rəisi Zafer Aktaş, CHP İstanbul Vilayət Təşkilatının sədri Canan Kaftançıoğlu, İyi Partiya İstanbul Vilayət Təşkilatının sədri Buğra Kavunçu iştirak edib.
Mərasimdə “Atatürk Respublika” abidəsi önünə əklillər qoyulub, İstiqlal marşı oxunub, Zəfər yürüşü qurbanlarının xatirəsinə dualar oxunub.
Tarix: 30-08-2020, 13:46