Ərgün Dilər“Takvim” Qəribə hadisələr baş verir. Türkiyə təbii qaz tapsa da, mübahisələr hələ də bitmək bilmir. Sanki hər kəs olduğu yerdən deyilməli, edilməli olan şeyləri edir. Daxildə buna göstərilən təpkini, daha doğrusu, verilən zəif dəstəyi anlamaq o qədər də çətin deyil. Türkiyə artıq bu cür mövzularda belə vəhdət yarada bilmir.Daxildəki ən böyük problem də, məncə, budur. Hətta milli məsələlərdə də ayrılıq yaranır. Təbii qaz muştuluğunda da fərqlilik olmayıb. Ola da bilməzdi. Ancaq bir dostumun xatırlatdığı kimi, bu sevincli xəbərdən öncə keçirilən bir əməliyyat var idi. Türkiyə sevindirici xəbəri gözləyərək,
“görəsən, prezident Ərdoğan nə açıqlayacaq?” – deyə düşünərkən,
“Reuters” səhnəyə çıxıb.
“Baş xəbər” kimi təqdim olunan məlumatda
“Türkiyə 800 milyard kubmetr təbii qaz kəşf etdi” – deyə qeyd olunurdu. Əlavə olaraq xəbərdə
“”Tuna-1″ yatağında 800 milyard kubmetr təbii qaz kəşf edilib və bu ehtiyat enerji mənbəyi Türkiyənin 20 illik qaz ehtiyacını qarşılayacaq həcmdədir” ifadəsinə də yer verilmişdi.
“Reuters” xəbər agentliyi bu xəbəri 2
türk rəsmisinə istinadla təqdim edib. Həqiqətən, belə bir rəsmi şəxslər var idimi? Var idisə, rəqəmi onlar vermişdi, yoxsa agentlik öz fantaziyasına uyğun olaraq həmin uydurma xəbərin altına öz imzasını atırdı? Suallar hələ ki açıqdır. Bu xəbərlə birlikdə mübadilə mərkəzlərində enerji şirkətlərinin səhmləri ələ keçirilir, gözlənilən nəticə tamamilə fərqli yerlərə daşınırdı. Ərdoğanın açıqlaması ilə “Reuters”-in xəbəri arasındakı fərq müxalifətin dilinə düşür, onlar da
“şişirtməyin” ədası ilə davranırdılar.
Dostumun da qeyd etdiyi kimi, axı bu 2 səlahiyyətli türk kimdir? Əsas sual budur. Həqiqətən belə şəxslər varmı, bilmirəm.Ancaq dünyaca məşhur informasiya agentliyi adını bilmədiyimiz insanlar vasitəsilə əməliyyata başlayıb. Necə bu qədər rahatlıqla əməliyyata məruz qala bilirik, hələ də anlaya bilmirəm. Ancaq düşünürəm ki, bunu edənlər mütləq tapılmalıdır.
Davam edək. Məsələlərə qəribə hadisələrin izindən gedək. Son dövrlərdə “dərin Amerika”, xüsusilə
Rokfeller və
Rotşildlərlə üz-üzə gəlir. Bu barədə kifayət qədər yazdıq.
ABŞ “dərin dövləti”nin bu ailələrlə birlikdə, daha da çox çəkindiyi sülalələr, başqa ailələr də mövcuddur. Bəziləri üçün bu, qəribə görünə bilər, ancaq reallıq belədir.“Dərin Amerika”
Devid Rokfellerin ölümündən sonra öz gücünü artırıb. Hətta eyni istiqamətdə hərəkətə başlayıblar. “Dərin Amerika”nın Rotşild ailəsi ilə qarşılaşdıqları mövzularda geri çəkilmədiyini gördük. Bunu da ortaya çıxaran çox dəlil və nümunələr var. Ancaq
Belyö ailəsi və ya
Avstraliyanın əsl sahibi, adını çox eşitmədiyimiz “dərin Amerika”nın mənsub olduğu bütün gizli təşkilatlardan üstündür.
Marşal Belyö keçmiş siyasətçidir.
Avstraliya çox uzaq bir ölkə olsa da, Belyö ailəsi Vaşinqtonun ən vacib gücüdür. “Dərin Amerika”nın bütün üzvləri Marşal Belyö ilə üz-üzə gəlməkdən çəkinirlər. İndi Rotşild ailəsi bəlkə də 2020-ci ilin ən vacib addımını atır.
Pandemiyadan daha təsirli olan bu addım Rotşild ailəsi və Belyö ailəsini ortaqlığa aparır.Marşal Belyö maliyyə qurumlarında da işləyib. Ancaq o, həmişə özünü ictimaiyyətdən gizlədib. Bəlkə də dünyanın ən vacib və güclü isimlərindən biridir. Həmişə sadə yaşamağı və itirən kimi görünməyi üstün tutub.
”Rotşild &Co” dünyanın ən vacib investisiya bankıdır. Bu bank isə İngiltərədən deyil, Avstraliyadan idarə edilir. Bu səbəbdən də Marşal Belyö Avstraliyadakı
”Rotşild &Co” bankının rəhbəridir. 84 yaşlı biri bank rəhbəri ola bilməz. Ancaq bu elan idarə etdiyi gücün başına keçdiyinin göstəricisi hesab olunur. Ortaqlığa və ittifaqa da bu pəncərədən baxmaq daha məqsədəuyğundur.
Marşal Belyö Kiprin yeni ofşor mərkəzinə çevrilməsi ideyasını ilk irəli sürən şəxsdir. O, təqribən 14000 kilometr uzaqlıqdakı
Kipr adasının
ofşor zonasına çevrilməsini istəyir, bu, anlaşılmaz kimi görünür.
Amma Yeni Dünyanın mərkəzi Aralıq dənizi olacaq. Buna görə də, Aralıq dənizi hər keçən gün daha da vacib məsələyə çevrilir. Aralıq dənizində real gücə sahib olmaq istəyənlərin necə ciddi səylər göstərdiyinin şahidi oluruq. Sadəcə Avropa yox, ABŞ, Çin və hətta Yaponiya Aralıq dənizinə girmək üçün addımlar atır. Belyö və Rotşildin ittifaqı isə yeni bir dövrün başlanğıcı olacaq. “Dərin Amerika” artıq Rotşild ailəsinə göz yuma bilməz.Əgər “dərin Amerika” onu planlarından kənarda saxlamağa davam edərsə, bu, o deməkdir ki, “dərin Amerika”nın çox vacib oyun kartları var.
Belyö ilə Rotşildin necə bir araya gəldiyi isə hələ də bilinmir. “Dərin Amerika”da isə Belyö ailəsinə yaxın bir çox əhəmiyyətli ad var –
Stiv Bannon kimi .
Stiv Bannon Belyö ailəsi ilə çox yaxın olub.
Hətta Marşal Belyönun Stiv Bannonun həbsi ilə əlaqədar Rotşildlərlə birgə hərəkət etdiyini düşünənlər var. Daha doğrusu, Stiv Bannonun həbsi ilə mövcud vəziyyətin daha da gərginləşdiyini iddia edənlər çoxdur.
Marşal Belyö ABŞ-ın ədliyyə naziri
Vilyam Barla əlaqə saxlayıb və
Stivin başına gələ biləcək hər hansısa hadisədən p
rezident Trampın, köməkçisi Pensin və
ABŞ dövlət katibi Maykl Pompeonun məsuliyyət daşıdığını bildirib. Bəli, səhv oxumadınız. Heç tanımadığınız, yaxud da çox az tanıdığınız biri ABŞ hökumətinin mərkəzində oturan şəxslərdən birinə zəng edir və onlara təlimat verir. Mümkün kimi görünməsə də, bu, olmuş hadisədir.
Marşal Belyö 5 milyon dollar qarşılığında həbsdən azad etdiyi Bannona xüsusi bir mühafizə dəstəsi göndərib. Keçmiş hərbçilərdən ibarət bu komanda Bannonu qoruyur. İndi Bannon üzərində yeni bir oyun formalaşacaqmı? Bunu anlamağa çalışmalıyıq. Çünki Marşal Belyö “dərin Amerika”nı idarə etmirdi, amma onun üzərində güclü təsirə sahib idi. İndi qarşı tərəflə eyni masada oturmağı yeni dövrün daha da qarışacağını göstərir. Pandemiya isə davam edir və təsirini siyasətdə də, iqtisadiyyatda da göstərir. Göstərəcək də.Tərcümə Strateq.az-ındır.
Tarix: 30-08-2020, 13:38