Rusiya dayanmaq bilmir: Ermənistana növbəti hərbi dəstək – İndi də.../Video
Ermənistanın Müdafiə naziri David Tonoyan “Ordu-2020” beynəlxalq hərbi-texniki forumu çərçivəsində Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq Federal Xidmətinin direktoru Dmitri Şuqayev və “Rosoboronexport”un baş direktoru Aleksandr Mixeyevlə görüşüb. Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib. Məlumata görə, görüş zamanı ikitərəfli Ermənistan-Rusiya hərbi-texniki əməkdaşlığı prosesi və qarşıdakı planlar müzakirə edilib. Qeyd olunub ki, həmsöhbətlər mövcud müqavilələrin yerinə yetirilməsi prosesini yüksək qiymətləndirib, bir sıra yeni müqavilələrin imzalanmasının vaxtı və yolları barədə razılığa gəlinib. Birgə hərbi müəssisələrin yaradılması və özəl hərbi-sənaye şirkətləri tərəfindən istehsalın təşkilinin vacibliyi vurğulanıb. Ermənistan Müdafiə Nazirliyinin nümayəndə heyəti Rusiyanın silah şirkətləri ilə əməkdaşlıq məsələlərini müzakirə etdi.