Minskdə gərginlik: Paytaxtın mərkəzinə OMON və hərbi texnika yeridilib


Minskdə gərginlik: Paytaxtın mərkəzinə OMON və hərbi texnika yeridilib
Səsgücləndiricilər vasitəsilə meydanda toplaşan insanlar dağılışmağa çağırılır
 
Hərbi yük maşınları, xüsusi texnika, su topları, əlavə OMON və polis qüvvələri Belarusun paytaxtı Minsk şəhərinin mərkəzinə gətirilib. Bu barədə AYNA Belarusun “Tut.by” nəşrinə istinadən xəbər verir. Xəbərdə bildirilir ki, Minsk metrosunun 4 mərkəzi stansiyası təhlükəsizlik səbəbiylə bağlanıb. Şəhərin müxtəlif yerlərində əllərində ağ-qırmızı-ağ bayraqlar və plakatlar olan vətəndaşlar toplaşıblar.
 
Belarus Hökümət Evinin ətrafında təhlükəsizlik qüvvələri və çox sayda yük maşını və avtobus müşahidə olunur. Silahlı insanlar Hökumət Evinin binasının arxasındadır. Quruma keçid metal maneələrlə hasarlanıb.

Müstəqillik meydanında və Minsk otelinin kənarında mülki geyimli insanlar etirazçıları lentə alıb. Səsgücləndiricilər vasitəsilə meydanda toplaşan insanlar dağılışmağa çağırılır. Nəşrin yazdığına görə, Müstəqillik meydanında minlərlə adam toplaşıb.
 
Belarus Daxili İşlər Nazirliyi hüquq-mühafizə orqanlarının əməkdaşlarının etiraz aksiyalarında təxribatların hazırlanması barədə aldıqları xəbərlər əsasında meydan ətrafına gətirildiyini açıqlayıb.
 
Minsk şəhər İcraiyyə Komitəsinin Bələdiyyə Daxili İşlər İdarəsinin rəisi İvan Kubrakovun sözlərinə görə, internetdə vəziyyəti pozmaq və cəmiyyətə nifaq gətirmək üçün razılaşdırılmamış nümayişlərdə iştirak etmək çağırışları yayılıb.
Власти стянули в центр Минска водометы и автозаки, на подъезде к городу -  ОМОН
Xatırladaq ki, Belarusda etirazlar ikinci həftədir davam edir. Aksiyalar prezident seçkilərinin rəsmi nəticələri elan olunduqdan sonra başlayıb. Avqustun 9-da keçirilən seçkilərin rəsmi nəticələrinə görə, hazırkı Prezident Lukaşenko 80 faizdən çox səs toplayıb. Müxalif namizəd Svetlana Tixanovskaya isə 10 faizdən bir qədər artıq səs qazanıb. Xalq seçkinin nəticələri ilə razılaşmır, Lukaşenkonu istefaya səsləyərək yeni seçkilərin keçirilməsini tələb edir.
Tarix: 23-08-2020, 17:15
Xəbəri paylaş



Xəbər lenti