Ukrayna şaxtaçıları Lukaşenkoya işləməkdən imtina etdilərUkrayna Azad Həmkarlar İttifaqının sədri Mixail Volınets bəyan edib ki, ukraynalı şaxtaçılar Belarus şaxtalarında işləməkdən imtina ediblər.
Cebhe.info xəbər verir ki, bu barədə o, öz "Facebook" səhifəsində yazıb.
Məlumata görə, Volınets öz həmkarlarını dəstəkləyir.
"Şaxtaçılar dünyada ən həmrəy olan gücdür", - deyə o vurğulayıb.
Onun sözlərinə görə, Belarusun prezidenti Lukaşenko bəyan edib ki, Ukrayna şaxtaçıları mütləq gəlib "Belaruskaliya" şaxtasında işləməlidirlər, çünki işsiz şaxtaçılar Ukraynada çoxdur.
Volınets isə öz növbəsində Ukraynada işsiz şaxtaçı olmadığını qeyd edib.
Qeyd edək ki, "Belaruskaliya" ölkəyə xarici valyuta gətirən əsas mənbədir.
Tarix: 22-08-2020, 15:16