Navalnıydan xəbər var



Aparılan tədqiqatların nəticələrinə görə həkimlər Rusiyada müxalifət lideri Aleksey Navalnıyda insult, infarkt və ya koronavirus da daxil olmaqla infeksion yoluxma əlamətləri tapmayıblar.  
“Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bunu Omsk 1 saylı Təcili Tibbi Yardım Xəstəxanasının baş həkiminin müavini Anatoli Kaliniçenko deyib.
Xatırladaq ki, bu gün Navalnıyın uçduğu Moskvadan Tomsk şəhərinə reys yerinə yetirən təyyarə onun zəhərlənməsi səbəbindən təcili Omsk şəhərinə enib. Müxalifət liderinə qoyulan ilkin diaqnozun naməlum psixodisleptik (halüsinasiyaya səbəb ola biləcək maddələr) kəskin zəhərlənmə olduğu bildirilib. Siyasətçinin mətbuat katibi Kira Yarmışın sözlərinə görə, Aleksey Navalnıy ikinci dərəcəli komadadır.
Tarix: 20-08-2020, 21:55
Xəbəri paylaş



Xəbər lenti