Belarusda müxalifətin Koordinasiya Şurasının İdarə Heyətinin üzvləri seçilib.APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Koordinasiya Şurasının mətbuat xidməti məlumat yayıb.
Yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Svetlana Aleksiyeviç, hüquqşünaslar Liliya Vlasova və Maksim Znak, Minsk Traktor Zavodunun tətil komitəsinin nümayəndəsi Sergey Dilevskiy, Svetlana Tixanovskayanın köməkçisi Olqa Kovalkova, S. Tixanovskayanın müttəfiqi Mariya Kolesnikova və Yanka Kupala teatrının keçmiş baş direktoru Pavel Latuşko İdarə Heyətinin üzvləri seçiliblər.
Tarix: 19-08-2020, 22:12