Lukaşenko Avropa ölkələri ilə sərhəddə qoşunu hazır vəziyyətə gətirib


Aleksandr LukaşenkoAleksandr Lukaşenko

Belarusda Mərkəzi Seçki Komissiyasının qalib elan etdiyi Aleksandr Lukaşenko Təhlükəsizlik Şurasının üzvləri ilə görüşdə vacib məsələlərdən danışıb.

O, ölkənin Qərb sərhədlərində qoşunun hazır vəziyyətə gətirildiyini bildirib.
Bizimyol.info xəbər verir ki, Lukaşenko qonşu Avropa ölkələrini ittiham edib. 26 ildir ölkəyə rəhbərlik edən siyasətçi bəzi Qərb dövlətlərinin başçılarının Belarusun harada yerləşdiyini bilmədiyini, amma iddialı açıqlamalar verdiyini söyləyib.
Lukaşenko təəssüflə bildirib ki, hərbi qüvvənin bir hissəsini ölkə daxilindəki çaxnaşmaları sakitləşdirmək üçün işindən ayırmalı olublar. Siyasətçi Qərb sərhədləri ilə bağlı ciddi narahatlığı olduğunu gizlətməyib.
Belarus Müdafiə Nazirliyinin məlumatına görə, son günlər Böyük Britaniya, Almaniya, Litva, Polşa və Ukrayna hərbi-diplomatik korpuslarının nümayəndələri ilə görüşlər keçirilib.
Tarix: 18-08-2020, 20:54
Xəbəri paylaş



Xəbər lenti