Prezidenti dəstəkləyən mitinqə isə rəsmi məlumata görə 65 min vətəndaş qatılıb Belarusda Prezident Aleksandr Lukaşenkonun əleyhinə keçirilən mitinqə 200 mindən çox insan yığışıb. AYNA xarici mediaya istinadən bildirir ki, Pobeditelni prospektindəki “Minsk - Qəhrəman Şəhər” meydanına toplaşıblar.
Etirazçılar Lukaşenkonun istefasını və yeni seçki keçirilməsini tələb edirlər.
Qeyd edək ki, bu gün gündüz saatlarında Minskdəki Azadlıq meydanında Lukaşenkoya dəstək mitinqi keçirilib. Rəsmi məlumatlara görə, mitinqdə 65 min nəfər iştirak edib. İddialara görə, Prezidentdə dəstək mitinqində iştirak edənlər büdcə təşkilatlarında işləyən şəxslər olub. Onlar işlərini itirmək qorxusu ilə mitinqə çıxıblar. Bəzi məlumatlara görə, Lukaşenkoya dəstək mitinqində iştirak edənlərin çoxu Belarusun bölgələrindən Minskə məcburi gətirilənlər olublar.
Xatırladaq ki, bir həftədir ki, Belarusda etiraz aksiyaları davam edir. Belaruslar prezident seçkilərinin rəsmi nəticələrinə inanmırlar, saxtakarlıq olduğunu iddia edirlər.
Qeyd edək ki, avqustun 9-da keçirilən seçkilərin nəticələrinə görə, hazırkı Prezident Aleksandr Lukaşenko 80 faizdən çox, müxalifətin namizədi Svetlana Tixanovskaya isə 10,1 faiz səs toplayıb.
Tarix: 16-08-2020, 21:00