Belarusda 100 minlərlə insan Lukaşenkoya “Get!” deyir



Minskdə növbəti aksiya başlayır: polis və etirazçılar mərkəzdə toplaşır

Belarusda etiraz dalğası bütün ölkəni bürüyüb. Minskə Qrodno, Brest, Bobruysk, Baranoviç, Pinsk, Mogilyov, Qomel və başqa şəhərlər də qoşulub.

Bizimyol.info xəbər verir ki, əvvəlcə Minskin mərkəzində Lukaşenkonun tərəfdarlarının mitinqi baş tutub. Müstəqil medianın məlumatına görə, bura insanları müəyyən müəssisələrdən avtobuslarda gətiriblər. Hökumət mitinqə 70 min nəfərin qoşulduğunu iddia edir. Alternativ mənbələr isə sayın 8 mini keçmədiyini məlumat verir.
Lukaşenko çıxışında təkrar seçkilərin olmayacağını söyləyib. O, “ola bilər ki, bu mənim axırıncı çıxışımdır” desə də, ümumilikdə hakimiyyəti əldən verməyəcəyini açıq mətnlə bildirib.
Bundan sonra paytaxtın mərkəzinə Lukaşenkonun əleyhdarları üz tutub. “Tut.by” sayın 200 mini aşdığını yazıb. Bütün ölkə boyu küçələrə çıxan etirazçılar Lukaşenkoya “Get!” deyir. Aksiyalarda “İnanırıq! Bacararıq!”, “Biz çoxuq, qalib gələcəyik” şüarları da çox səslənir. Belarusun birinci kanalı aksiyadan görüntülər verməyə başlayıb.
Tarix: 16-08-2020, 17:12
Xəbəri paylaş



Xəbər lenti