Ərdoğan:“Türkiyə “Oruc Rəis” gəmisinə edilən ən kiçik təcavüzə cavab verməkdən çəkinməyəcək”

“Türkiyənin Şərqi Aralıq dənizində atdığı bütün addımlar beynəlxalq qanunlar və mehriban qonşuluq çərçivəsindədir. Ölkəmiz bütün imkanlarından istifadə edərək beynəlxalq hüququnun müdafiəsinə davam edəcək”. 
APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şərqi Aralıq Dənizində Yunanıstanla Türkiyə arasında yaranan gərginliyə mövqe bildirərkən belə deyib.
Prezident Türkiyənin “Oruc Rəis” gəmisi seysmik tədqiqatlarının avqustun 23-nə qədər davam edəcəyini və Türkiyə Hərbi Dəniz Qüvvələrinin də bu gəminin fəaliyyətini nəzarətdə saxlayacağını vurğulayıb: “Bu müddət ərzində gəmimizə edilən ən kiçik təcavüzə cavab verməkdən çəkinməyəcəyik”.
Ərdoğan Türkiyənin Yunanıstandan başqa ölkələrin fitvası ilə təxribatlara son qoyulmasını istədiyini vurğulayıb: “Türkiyənin Yunanıstanla gərginlik yaratmaq niyyəti yoxdur. Xüsusilə, Qərbi Trakyada qardaşlarımıza qarşı edilən dövlət terroruna yol verən hərəkətlərə ən qısa zamanda son qoymalıdır, məscidlərə, məktəblərimizə belə hücum olundu, biz isə Sümela Manastırında təmir-bərpa işlərini başa çatdırıb, onların ibadətinə imkan yaratdıq. Yunanıstan bizim davranışımıza uyğun cavab verməlidir”.
Tarix: 15-08-2020, 21:17
Xəbəri paylaş



Xəbər lenti