“Bizi də döyəcəksiniz?” –BELARUS ETİRAZLARINDA QADINLAR LİDERLİYİ ƏLƏ ALIB


Slavomir Sierakovski
“Project Syndicate”, 14.06.2020
 
Saxtalaşdırılmış prezident seçkilərindən bəri Belarusda baş verən etirazlar, Honq-Konqda hazırlanan modeldən fərqli olaraq, kütləvi nümayişlərlə inkişaf edir. Bu cür aksiyalar öz-özünə yaranır və qısa zamanda çox sayda iştirakçı toplayır, odur ki, hökumətin onların qarşısını alması çox çətindir.
Hakimiyyət də yanaşma tərzini dəyişdirir, sadəcə qorxutmadan müdafiə taktikasına keçir. Bazar və Bazar ertəsi günü başlayan ilk etiraz aksiyalarını yatırtdıqdan sonra polis Minsk küçələri boyu düzülüb, bir çox əraziləri qapadıb, sürücülərini tutmaq və döymək üçün avtomobilləri seçimlə dayandırıb.
Yalnız bəxtəvərlikdən Çərşənbə axşamı, gecə Minsk ətrafında gəzinti zamanı oxşar bir aqibətdən qurtuldum. O vaxtdan bəri bir çox döyülmənin şahidi olmuşam və təhlükəsizlik qüvvələrinin aksiya iştirakçılarını silahla dağıtması, həmçinin rezin güllələrdən istifadə etməsi nəticəsində yaralanmaları sənədləşdirmişəm.
Təhlükəsizlik qüvvələrinin sürücüləri avtomobillərindən çıxarması da qorxutma nümunəsidir. Polis etirazlara qoşula biləcək gəncləri də dayandırır.
Aksiyalar Minskdə bir neçə yerdə, o cümlədən Puşkinskaya, Kamennaya Qorka məhəlləsi və barrikadaların qurulduğu Riqa ticarət mərkəzində güclənib. Bu üç yerlər, bir növ, üçbucaq Maydana çevrilib – 2014-cü ildə Kiyevdə Ukrayna prezidenti Viktor Yanukoviçi devirən etirazların mərkəzinə.
Etirazların üçüncü günündə Puşkinskaya ərazidə döyülən və vurulan qurbanların xatirəsi çiçəklərlə yad edilib.
Polis Çərşənbə axşamı günü bir qrup qadın etirazçının olduğu ərazini hər tərəfdən bloklamışdı.
Çərşənbə – həqiqət anı idi və nümayişçilərin əksəriyyəti rəsmi zorakılığa meydan oxuyub. Qadınlar “Zorakılığa Qarşı Qadınlar” adlı geniş nümayiş təşkil edərək liderlik ediblər. Pobediteley prospekti, Minskin əsas yolu boyu qollarını uzadaraq onlar qələbə / sülh işarəsini göstəriblər. Yoldan keçən sürücülər siqnalla dəstək veriblər.
Qadınlar, eyni zamanda, dəyənək və silah işlədən polislə birbaşa qarşıdurma yaratmaq əvəzinə, müxtəlif şəhər meydanlarında daha yumşaq, daha mütəhərrik aksiyalar keçiriblər. Həkimlər xəstəxanalar xaricində, ağ xalat geyinərək əllərində rəsmiləri zorakılığa son qoymağa çağıran plakatlar tutublar.
Hər iki halda, taktika təhlükəsizlik qüvvələrinə gizli bir sual verməklə, tərəflər arasındakı mənəvi fərqi daha da qabartmaq olub: “Bizə də hücum edəcəksiniz? Bizi də döyəcəksiniz?” Çevik polislər nə edəcəyini bilməyib. “Puşkinskaya” metro stansiyasın yaxınlığında qadınlara qarşı hərəkət etməyə cəhd etdikdə, buna açıq şəkildə cəsarət tapmayıblar. Minsk boyunca avtomobillər polisə mane olmaq üçün qəsdən saatda 20-30 km (12-18 mil) sürətlə hərəkət edir.
Təhlükəsizlik qüvvələrinin zorakılığı artırmasına baxmayaraq, etirazçılar sülhsevər təpki verirlər. Çərşənbə günü, saat 2 radələrində çevik polislərlə dolu onlarla zirehli maşın və avtobus gördüm və təxminən 7 min insanın həbs olunduğu təxmin edilib, o cümlədən onlarla jurnalistin. Qomeldə o qədər adam həbs olunub ki, yer olmadığı üçün onları polis maşınlarında saxlayırlar. Yüksək temperatur şəraitində bir gənc ölüb.
Etirazçılara qarşı döyüş sursatından istifadə edilir. Maydanda etirazçılara mülki geyimdə muzdlular hücum edirdi, Belarus polisi bu vəzifəni öz üzərinə götürüb. Bir çox nümayişçi Belarus polisinin sıralarında Rusiyadan göndərilən qoşunların olduğuna şübhə etmir, amma mən bunu təsdiqləyə bilmirəm.
Belarus prezidenti Aleksandr Lukaşenkonun xarakterik amansız üsullarının etirazların bu yeni formalarına zəif uyğunlaşdığı aydındır. Onun rejimi, qadın namizəd Svetlana Tixanovskayanın başçılıq etdiyi prezident kampaniyasında olduğu kimi, qadınların və həkim nümayişçilərin görünməsinə hazır deyil. Nə Lukaşenko, nə də yoldaşları Tixanovskaya ilə nə edəcəklərini bilmirlər, buna görə də İnterneti bağlamağa və onun danışacağı stadionları bağlamağa əl atıblar.
Seçkidən sonra müxalifət üstünlük qazana bilər. Etirazlar bu həftə davam etdikcə bir çox polis məmuru geyimlərini çıxarıb və həmvətənlərinə qarşı qəddarlıq etməyəcəklərini bəyan edib. Eynilə, Qrodnoda bir rejim məmuru Lukaşenkoya dəstək üçün işçilərini küçəyə çıxarıb, amma onların hamısı Tixanovovanın adını qışqırıblar.
Ölkənin bəzi ən böyük müəssisələrində – “BELAZ”, “MAZ”, “MTZ” və azot zavodunda – nəqliyyat işçiləri də daxil olmaqla, fəhlələrin tətilə etdiyi xəbəri yayılıb.
Bu cür əlamətlər Lukaşenkonu dəhşətə gətirməlidir. Hər hansı bir siyasi qiyamda, rejimin öz vəzifəli şəxsləri və tərəfdarları sıraları tərk etməyə başlayanda, müxalifət üçün qələbə göz önündədir. İndi daxili işlər naziri Yuri Karajeu təhlükəsizlik qüvvələrini tərifləyərkən, etiraz yerində təsadüfən yaralananlara görə məsuliyyəti üzərinə götürdüyünü və üzr istədiyib.
Bundan əlavə, etirazlar nəticəsində kafelər və iş yerləri bağlandığından dövlət tezliklə İnternetin bağlanmasının iqtisadi nəticələri ilə üzləşməli olacaq. İnformasiya texnologiyaları sektoru ölkə iqtisadiyyatının aparıcı sahəsidir və bir gün Belarusu ikinci Estoniyaya çevirə bilər. Ancaq ən istedadlı insanlar ölkəni tərk etsələr, bu baş verməyəcək.
Hər halda, dinc etirazlar davam edəcək. Əllərində çiçəklərlə Nezavisimost prospektində ağ paltarlı qadınların şahidi olmuşam. Bir çoxları kimi, onlar artıq qorxmurlar. Belaruslılar, hətta de-fakto döyüş qaydaları şəraitində belə, qorxudulmalarına imkan verməyəcəklər. Seçkidən sonrakı dövrdə əhali legitimliyi itirmiş bir prezident tərəfindən idarə olunmaqdan imtina edir.
Tərcümə: Strateq.az
Tarix: 15-08-2020, 13:43
Xəbəri paylaş



Xəbər lenti