Ermənistanın Diaspor İşləri üzrə komissarı Zare Sinanyan Beyrutdakı partlayışın nəticələrindən danışıb.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, partlayış zamanı 13 erməninin həlak olduğunu, 300-dən çoxu isə yaralandığını söyləyib.
“Bəzi şəxslərin üz-gözü cızılıb, bəziləri isə ağır vəziyyətdədir. Yaralıların bir qismi sağalsa da, bəziləri yeriə bilmir”.
Sinyan Beyrutdan Yerevana həftədə 2 dəfə reysin təşkil olunduğunu xatıtladıb.
Tarix: 14-08-2020, 15:42