“Lukaşenko daha prezident deyil” - Peterburqlu deputat



Peterburq qanunverici məclisinin deputatı Boris Vişnevski hesab edir ki, Belarusda seçkilərin nəticələrinin elan olunmasına baxmayaraq, Aleksandr Lukaşenko özünü prezident adlandıra bilməz.
«O, daha prezident deyil» - deyə, deputat sosial şəbəkədə yazıb.
Vişnevskinin fikrincə, səsvermənin rəsmi nəticələri ilə gerçək vəziyyət arasında ümumi heç nə yoxdur. «Onun MSK-dakı nökəri seçkinin reallıqla heç bir əlaqəsi olmayan, vətəndaşların öz gözləri ilə gördüklərinin tam əksi olan nəticələrini elan edir. Məhz ona görə də onlar küçələrə çıxıblar. Orada isə insanları cəza dəstələri - Lukaşenkonun yeganə dayağı qarşılayıb» - deputat qeyd edib.
O, indi Belarusda baş verənləri digər ölkələrdəki hadisələrlə müqayisə edib. «2000-ci ildə Yuqoslaviyada Miloşeviç Koştunitsada seçkiləri uduzaraq, hakmiyyəti qoruyub saxlamağa cəhd etdi - nəticələri saxtalaşdırdı. Ancaq xalq küçələrə çıxdı və hakimiyyəti zəbt etməyə imkan vermədi. Sonra isə Miloşeviç Haaqaya yola düşdü. 2004-cü ildə Ukraynada seçkilərin nəticələrini saxtalaşdırmağa cəhd etdilər və Yanukoviçi qalib elan etdilər. Ancaq Maydan başlandı - Lukşenkonun və Putinin ən çox nifrət elədiyi Maydan. Maydan - o deməkdir ki, xalq hakimiyyəti ona qaytarmağı tələb edir. Sonda saxta nəticələri ləğv etmək lazım gəldi» - deutat yazır.
Vişnevski hesab edir ki, Belarusda etiraz başa çatmayıb. «Dünən gördüklərimzdən çıxış etsək, deyə bilərəm ki, çoxsaylı vətəndaşlar var ki, alçaq aldatma ilə barışmağa və diktatora dözməyə hazırlaşmır» - deyə, Vişnevski fikirini tamamlayıb. Lukaşenko isə elə həmin etirazçıları «qoyun» adlandırıb.
AzPolitika.info
Tarix: 11-08-2020, 09:48
Xəbəri paylaş



Xəbər lenti