Güneydə milli fəallara möhtəşəm DƏSTƏK AKSİYASI


Güneydə milli fəallara möhtəşəm DƏSTƏK AKSİYASI

İctimai şəbəkə istifadəçiləri Tövhid Əmir Əmini və ana dili uğrunda həbs edilən digər milli fəallara dəstək məqsədi ilə 10 mindən çox tvit paylaşıblar. GAMOH İdarə Heyətinin üzvü Ağrı Qaradağlının Cebhe.info-ya verdiyi məlumata görə, azərbaycanlı fəallar paylaşılan “tvit”lərin şəkillərindən video-çarx da hazırlayıblar.
Onlar bu video-çarxı sosial şəbəkələrdə yayaraq vətəndaş cəmiyyətindən və dünya ictimaiyyətindən Güney Azərbaycanda baş verən insan hüquqları pozuntularına etinasız qalmamalarını tələb etdilər.
Qeyd edək ki, yüzlərlə güney azərbaycanlı, eləcə də İranda yaşayan qeyri-fars millətlərin nümayəndələri iyulun 31-dən başlayaraq Əmir Əmininin və ana dilində məktəb tələb etdikləri üçün həbs edilən digər milli fəalların azadlığını tələb edən statuslar paylaşıblar. Sosial şəbəkə istifadəçiləri paylaşdıqları statuslarda Tövhid Əmir Əmini, Kiyanuş Aslani, Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi, Həmid Manaflı və Ana dili həştəqlərindən istifadə ediblər.
Tövhid Əmir Əmini Beynəlxalq Ana Dili günü münasibəti ilə təbrik posterləri payladığına görə Kiyanuş Aslani ilə birlikdə 2019-cu ildə saxlanılaraq 7.5 il həbs cəzasına məhkum edilib.
Həmçinin yanvarın 20-də Tehran Apelyasiya Məhkəməsinin 54-cü şöbəsi Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Mənafi Nadarlını Beynəlxalq Ana Dili Günü mərasiminə qatıldıqları üçün 2 il həbs və 2 il sürgün cəzasına məhkum edib.
Tarix: 9-08-2020, 13:35
Xəbəri paylaş



Xəbər lenti