“Qafqaz barıt çəlləyinə dönə bilərdi, qoymadıq" - Medvedyev




Cənubi Qafqazın barıt çəlləyinə çevrilməsinə izn vermək tamamilə qəbuledilməz idi.
 
Pravda.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibinin müavini Dmitri Medvedyev 2008-ci ildə Gürcüstanla savaşdan danışarkən deyib.
 
“Bu gün bizim ölkənin Gürcüstanın o zamankı prezidentinin cinayətkar davranışına verdiyi cavabdan 12 il keçir. Məhz buna görə o zaman mən elə də asan olmayan, amma yeganə mümkün olan qərar qəbul etdim. Əvvəlcə Abxaziya və Cənubi Osetiyanı “aqressiyadan” qoruduq, sonra da onların vətəndaşlarının xahişi ilə onların tam müstəqilliklərini tanıdıq. Əks halda Cənubi Qafqaz barıt çəlləyinə çevrilərdi ki, bu da daima qonşu dövlətlərlə sülhün saxlanılması lehinə çıxış edən Rusiya üçün tamamilə qəbuledilməz idi” – deyə o bildirib.
 
Qeyd edək ki, 2008-ci ildə Rusiya ilə Gürcüstan arasında Cənubi Osetiya uğrunda savaş yaşanıb. Nəticədə Rusiya ordusu Gürcüstan ərazisinə daxil olaraq Cənubi Osetiyanı işğal etmiş və az sonra isə bu qondarma respublikanın müstəqilliyini tanımışdı.Axar.az
Tarix: 8-08-2020, 17:30
Xəbəri paylaş



Xəbər lenti