Hurriyyet.org xəbər verir ki, ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton Şimali İraq Kürd Muxtariyyətinə yaxın olan “Rudav” (“
Rudaw”) telekanalına müsahibəsində Türkiyənin Suriya və İraqda gücünün artmasından danışıb. Jurnalistin “Necə oldu ki, Ərdoğan Trampı çox asanlıqla razı sala bildi?” sualının cavabında, o, prezident D.Trampın Türkiyə prezidenti R.T.Ərdoğana müqavimət göstərə bilmədiyini söyləyib: “Kaş ki, bu sualın cavabını bilərdim. Bunu heç mən də anlaya bilmirəm.
Hətta Trampın özü də bunu izah edə bilmir.
Şimal-şərqi Suriyada təkrarlanan hadisələr bunu isbat edir. Tramp Ərdoğanın bütün ABŞ hərbçilərini Suriyadan çıxarmaq təklifinə razı olmuşdu. 2018-ci ildə baş verənlər Türkiyənin təzyiqi nəticəsində həyata keçdi”.
Bolton Trampın Amerika hərbçilərini Suriyanın şimalınından – Türkiyə ilə həmsərhəd rayonlardan çıxarması qərarına qarşı olduğunu, lakin qərarı dəyişdirə bilmədiyini söyləyib.
Tarix: 7-08-2020, 20:15