Lukaşenko heç kimə məhəl qoymadı: Parkda ağac əkir
Belarus Prezidenti Aleksandr Lukaşenko Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə məhəl qoymayaraq, şənbə günü parkda şam ağacı əkməyə gedib.
Bu barədə administrasiyadan məlumat verilib. Məlumata görə, Prezident Çernobıl zonasındakı parklardan birində şam ağac əkəcək.
Xatırladaq ki, ÜST Belarus rəhbərliyinə müraciət edərək koronavirusa qarşı tədbirləri gücləndirməyi istəyib. Ölkədə virusa yoluxmanın dinamikasının artması qurumda narahatlıq yaradıb.
Tövsiyəyə baxmayaraq, Belarusda şənbə günü ümumrespublika tədbiri keçirilməsi qərara alınıb. Son məlumata görə, Belarusda 8773 nəfər virusa yoluxub. 63 nəfər ölüb.