Donald Tramp koronavirusa görə ABŞ-da prezident seçkilərini təxirə salmağa hazırlaşır. Ovqat.com xəbər verir ki, bunu
ABŞ-ın keçmiş vitse-prezidenti, Demokratlar Partiyasından prezidentliyə mümkün namizəd
Co Bayden bildirib.
“Mənin dediklərimi yadda saxlayın. Fikrimcə, o, hansısa formada seçkini yubatmağa, bunun üçün müxtəlif səbəblər göstərərək təxirə salmağa cəhd göstərəcək”. Qeyd edək ki, ABŞ-da prezident seçkisi noyabrın 3-də keçiriləcək.
Donald Tramp Respublikaçılar Partiyasının namizədi olaraq yenidən prezidentliyə namizəddir.