Neft şəhəri uğrunda ŞİDDƏTLİ DÖYÜŞ: Ordu üsyançılara ağır zərbə vurdu
Yəmən ordusu Mərib şəhərində Husi üsyançılarının irimiqyaslı hücumunun qarşısını alıb.
Publika.az xəbər verir ki, ordu nümayəndələri döyüşlər zamanı üsyançıların 3 birliyini məhv etdiyini açıqlayıb. Bildirilir ki, üsyançılar bu hücum üçün 2 ay hazırlıq həyata keçirib.
Qeyd edək ki, neftlə zəngin olan Mərib şəhərinin böyük hissəsi Yəmən ordusunun nəzarətindədir.