Putin: “Rusiyada koronavirusa yoluxmanın pik həddi qarşıdadır”


2019-10-01_194922

“Rusiyada koronavirusa yoluxmanın pik həddi hələ qarşıdadır”.


APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

Onun sözlərinə görə, Rusiyada koronavirusla bağlı mübarizənin birinci mərhələsinin tapşırıqlarının yerinə yetirilməsinə nail olunub, lakin xəstəliyə yoluxmanın pik həddi hələ qarşıdadır: “Biz bu virusun yayılmasını səngitmişik. Lakin bu, bizi sakitləşdirməməlidir. Mütəxəssislərin dediyi kimi pik həddə yoluxma hələ qarşıdadır”.

Rusiya Prezidenti koronavirusa qarşı peyvəndin hazırlanmasından da danışıb. O, bu peyvəndi hazırlayanların üzərinə böyük məsuliyyət düşdüyünü söyləyib.

Tarix: 20-04-2020, 17:04
Xəbəri paylaş



Xəbər lenti