".."Vəba" adlı 3-cü atlının başı taclı, üzü isə maskalıdır! Tac isə ABŞ-ın Azadlıq heykəlindəki kimidir..."
Böyük Britaniyada nəşr olunan "The Economist" jurnalı ənənəvi olaraq hər yeni il ərəfəsində nəşrə sahib olan Rodsildlərin gözü ilə yaxın gələcəyə şifrəli bir baxış təqdim edir. Pandemiya məsələsi meydana çıxandan sonrakı aylarda bir sıra media vasitələrində sözügedən nəşrin 2019-cu ilin son buraxılışında koronavirusa işarə vurduğu qeyd edilib. Lakin çoxları həmin jurnalın sahibinin qlobal maraqlara malik transmlli dələduz, sələmçi Rotşildlər klanı olmasından xəbərsizdir...
Moderator.az-ın xarici mediaya istinadla əldə etdiyi məlumatdan bəlli olur ki, qlobal monarxiyanın hakim sülaləsinə məxsus “The Economist” hələ 2018-ci ilin sonunda koronavirusun yayılacağını “xəbər” verib.
Gələn il üçün proqnozlar adətən jurnalın üz qabığında rebus şəklində şifrələnir. 2019-cu ilin proqnozunun yerləşdirildiyi “The Economist”in 2018-ci ilin dekabr ayı üçün buraxılışının üz qabığına diqqətlə baxsanız, müəlliflərin planetdəki koronavirus pandemiyasına da yer verdiyini görə bilərsiniz. 2019-cu ilin sonunda ortaya çıxacaq bir virus eyni anda bir neçə simvol ilə göstərilir. Demək olar ki, mərkəzdə apokalipsisin- Qiyamətin “dörd atlı”sı var, onlardan biri həmişə vəba olmuşdur. Onun yanında isə bir Çin pandası var. Bu - "pandemiya" sözünə və virusun yayılacağı yerə bir allüziyadır (oxşar bir şeyə və ya keçmişdə olan bir olaya və ya kiməsə istinad etmək, dinləyiciyə, oxucuya bir işarə və ya bir təklif vermək-S.L.)...
Xüsusilə, diqqətəlayiq haldır ki, "vəba" adını daşıyan üçüncü atlının başı taclı, üzü isə maskalıdır! Tac isə ABŞ-ın Azadlıq heykəlindəki kimidir. Bu, koronavirusun Amerika mənşəli olacağını simvollaşdırır. Həqiqətən, koronavirusun yaradılması üçün patent Amerika hökuməti tərəfindən Pirbrayt İnstitutunun alimlərinə verilmişdir (patent № 10.130.701)...
Jurnalın üz qabığının aşağı sol küncdə panqolin(Çin çöl kərtənkələsi-S.L.) təsvir edilmişdir ki, elm adamları bu heyvanı yarasalar və insanlar arasında virusun ötürülməsində bir mənbə hesab edir...
Kənarlarda üzlərində ölçü zolaqları olan insan(o cümlədən Trampın) təsvirləri və vitruvial bir adamın (məşhur rəssam Leonardo da Vinçinin gündəliklərindən birində, qeydlərinin yanında çəkdiyi insan eskizi- S.L.) əlindəki bir smartfonda ştrix kodların növlərindən biri olan “QR-kod”u var. Bu da vətəndaşlar haqqında bütün məlumatların toplandığı üztanıma sistemləri və elektron buraxılışlara işarədir...
Bütün bunlar koronavirus pandemiyası deyilən prosesin dünyanın şeytani super gücləri tərəfindən düşünülmüş bir plan olduğuna dolayı da olsa, sübutdur...
Sultan Laçın