Əhalisi hardasa 150 milyon olan Rusiyanın koronavirus statistikası xeyli təmiz görünür. Ovqat.com-un
Ümumdünya Səhiyyə Təşkilatına istinadən verdiyi məlumata görə, bu günə qədər Rusiyada cəmi
273 nəfər koronavirusdan dünyasını dəyişib. Onlardan 41-i isə dünənin payına düşüb.
Ölkədə toplam 32 min nəfər koronavirus daşıyıcısı aşkarlanıb ki, bu sahədə də ən böyük göstərici dünənə aiddir –
4 min 070 nəfər.
Mütəxəssislərin fikrincə, Rusiyanın koronavirusa yoluxma baxımından bu qədər təmiz görünməsi heç də onun
sağlamlığından xəbər vermir və göstəricilərin aşağı olması tədqiqatlarının effektli aparılmamasından qaynaqlanır. Maraqlıdır ki, Belarus prezidenti Aleksandr Lukeşenkonun bu gün dilə gətirdiyi bir fikir də sözügedən mülahizələrə haqq qazandırır.
"
Rusiyanın koronavirus testləri çox keyfiyyətsizdir, heç 30% belə dəqiqliyi yoxdur" – Lukaşenko belə deyib.