Palermo şəhərində İtaliya mafiyasının öndə gələn ailələri ilə toplantı keçirən, Fransadan
1998-ci ilin fevralında şəxsinə qarşı həyata keçirilə əməliyyatdan sağ çıxan türk mafioz
haqqında əfsanələr dolaşır.
Teleqraf.com hazırda Türkiyədə həbsdə olan türk kriminal dünyasının bir nömrəli lideri kimi təqdim
edilən Ələddin Çakıcının (Alattin Çakıcı) dosyesini təqdim edir.
1980-cı illərin sonunda adı ilk olaraq Ankarada eşidilən türk kriminal aləminin avtoriteti Ələddin
Çakıcı
sonradan İstanbula gələrək burada kriminal qruplaşmalar arasında özünə yer edə bilir. Türkiyə
çapında
fəaliyyət göstərən və “ülkücü baba” olaraq tanınan Çakıcı İstanbulda məşhur şəxslərdən Dündar
Qılıncın
qızı Uğur Qılıncla ailə qurur. Bu evliliyi və İstabulda iştirak etdiyi silahlı hücumlardan sonra polisin
diqqətini cəlb etməyə başlayır. İddialara görə, Çakıcı daim Qaradənizli olması ilə öyünürmüş.
Mafiya babası kimdir?
Ələddin Çakıcı 1953-cü il yanvarın 20-də Trabzonda doğulub. Trabzonun Arsin qəsəbəsinin
Fındıqlı
kəndində dünyaya göz açan gələcəyin mafiya lideri 1998-ci il avqustun 17-də türk və Avstriya
polisinin keçirdiyi əməliyyat zamanı saxlanılıb. Fransada saxlanılan zaman onun yanında
modelyer
Canan Yaka, müğənni Səlcuq Uralın qızı Əsli Ural olub. Bu zaman mafiya liderinin üzərindən
Nədim
Caner adına düzəldilən saxta pasport və 17 min dollar çıxıb.
Atasını 12 sentyabr hadisələri zamanı İstanbulun Gültəpə səmtindəki bir kafeyə edilən silahlı
hücum
zamanı itirən Ələddin Çakıcı 1984-cü ildən etibarən kriminal qruplara liderlik etməyə başlayır.
Arvadının öldürülməsi əmri
Keçmiş xanımı Uğur Çakıcının Uludağda öldürülməsi əmrini verməsi ittihamı ilə polis və prokurorluq
tərəfindən haqqında qiyabı həbs edilmə qərarı çıxarılan və axtarışa verilən Çakıcı canlı yayımda
DYP sədri Tansu Çillərlə bağlı verdiyi açıqlama səbəbindən Flash Tv-nin bağlanmasına səbəb olub.
Birja müdiri Adil Öngərin yaralanması, "Pamukbank"ın sədri Burha Karaçama qarşı silahlı hücum, Emin
Cankurtaranın vurulması, Cavid Çağlara qarşı sui-qəsd planlaması, Engin Civanın vurulmasında baş rol alan
Ələddin Çakıcı özü kimi kriminal dünyanın ciddi fiqurlarından Nurullah Ağansoyun öldürülməsində günahkar
elan olunaraq axtarılmağa başlanılıb.
Fransada türk mafiya liderinə qarşı əməliyyat
Çakıcı axtarışda olmasıu səbəbindən bir müddət ölkə xaricinə getməli olur. Onun Palermoda İtaliya
mafiyasının tanınmış ailələri ilə bir toplantı keçirdiyi bəlli olub. Eləcə də 41 nəfərin ölümündə ittiham edilən
Çakıcı 1998-ci ilin 17 avqustunda Fransada keçirilən əməliyyat zamanı saxlanılıb. Bu zaman onun
yanında olan cangüdəni Murad Gülər, müğənni Səlcuq Uralın qızı Əsli Ural da saxlanılıb. Onun saxlanılmasından
sonra ortaya çıxan kasetlər ANAP-dan olan dövlət naziri Əyyub Aşıkın istefasına səbəb olub. Aşkınla birlikdə
Çakıcıyı qaçması üçün xəbərdarlıq edən DYP-dən olan Meral Akşenər, MİT rəsmisi Yavuz Ataç və bursalı
biznesmen Erol Evcil ittiham edilib.
"Dərin dövlət"lə əlaqələri
Birja müdiri Adil Öngərin güllələnməsi ilə bağlı məhkəmə prosesində iştirak edən Çakıcı ölkə xaricində
Türk Milli Kəşfiyyat İdarəsinə (MİT) işlədiyini, hər zaman dövləti qoruduğunu, amma ondan “lombard”
kimi istifadə edildiyini bildirib. Çakıcı ən demokratik və inkişaf etmiş ölkələrdə belə "dərin dövlət"in olduğunu
və olmasının vacibliyini qeyd edib.
MİT-in xarici ölkələr üzrə kəşfiyyat idarəsinin sabiq rəhbəri Nuri Gündəş NTV kanalında “dərin dövlət”
mövzusunda müzakirələr zamanı Ələddin Çakıcıdan danışarkən, “əgər məni dinləyirsə, yanaqlarından
öpürəm, əgər dövlətə bir xidməti varsa...” fikirlərini işlətməklə gündəmə gəlib. Bundan sonra İstanbulun
Şişli prokurorluğu proqramda qanunsuz silahlı şəbəkənin lideri Ələddin Çakıcıdan danışan Nuri Gündəş
haqqında “cinayətkari müdafiə etmək” ittihamı ilə təhqiqat aparıb.
Prokurorluqda ifadəsi alınan Gündəş Cinayət Məcəlləsinin 215-ci maddəsinə əsasən, 2 il müddətinə
həbs oluna bilərdi. Amma siyasi partiyalardan gələn ciddi etirazlar buna mane olub.
AKP-nin parlamentdəki fraksiya lideri Əyyub Fatsa “hüquq dövlətində bu cür əlaqələri, duyğusal yanaşmaları
haqlı göstərmək mümkün deyil” ifadəsini işlədərək bildirib ki, bu bəyanatlar səhv addımdır.
CHP sədrinin müavini Özürək isə dövlət xidmətinin dövlət məmurları tərəfindən aparılmalı iş olduğunu
bəyan edərək bildirib ki, bu işlərin bir mafiya və ya şəbəkəyə həvalə edilməsi mümkün deyil:
“Bu açıqlama mafiyalaşmanı, şəbəkələşməni göstərən bir davranışdır. MİT-də xidmət keçən insanların
bu formada çıxış etməsi yanlışdır. Həm çıxışı yanlışdır, həm də söylədikləri. Belə sözləri dəstəkləmək
mümkün deyil. Ələddin Çakıcı kimi qarışıq işlərə bulaşmış birinin yanaqları dövlətdə xidmət edənlər
tərəfindən öpülürsə, vay bizim halımıza...”
Dövlət Baxçalı onu həbsxanada ziyarət edib
Qeyd edək ki, bir neçə il əvvəl Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı həbsxanaya gedərək,
Ələddin Çakıcını ziyarət edib. Baxçalı açıq şəkildə deyib ki, Çakıcı artıq qocalıb, xəstədir və onun
azadlığa buraxılması lazımdır. Hətta MHP onun azadlığa buraxılmasını nəzərdə tutan əfv verilməsini
də istəyib. Baxçalı eyni zamanda Çakıcının guya sağlam olmasına dair arayış verən həkimlərin həbsini tələb edib.
Mafiya lideri həbsdə, şəbəkəsi azadlıqda
2018-ci ildə Türkiyə hüquq-mühafizə orqanları Çakıcının azadlıqda olan şəbəkəsinə qarşı əməliyyat keçirib.
Onun vəkili daxil olmaqla 17 nəfər həbs edilib. Şəbəkənin Ankara və Kırıkkaladə xərac topladığı bəyan edilib.
İndi də Çakıcının şəbəkəsinin azadlıqda qalan üzvlərinin olduğuna dair iddialar var.
Törətdiyi cinayətlər
Türk mafiyasının lideri Ələddin Çakıcı jurnalist Hincal Uluçuyı yaraladağı üçün 3 il 4 ay, 15 nəfərin
yaralanmasına səbəb olan Qaragümrük İdman Klubuna silahlı hücum təşkil etmək cinayətinə görə
3 il 4 ay və 19 il 9 ay, Birja müdiri Adil Önərgin avtomobilinin atəşə tutulmasına görə 10 il 10 ay,
1995-ci ildə Uludağda keçmiş xanımı Nuriyə Uğur Qılıncın öldürülməsi cinayətinə görə ömürlük həbs.
Ancaq bu məhkəmə prosesi zamanı Qılıncın Çakıcıya “Öcalan səndən daha şərəflidir” sözünə görə
mafiya liderinin ömürlük həbsi 19 il 2 ay cəza ilə əvəzlənib.
Prezident Rəcəb Təyyub Ərdoğana qarşı təhqirinə görə də 10 ay həbs cəzası alan mafiya lideri
hazırda Kırıkkala cəzaçəkmə müəssisəsində saxlanılır və müalicə alır.